RU

“Futbolçularımla qürur duyuram”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının V turunda komandası ilə “Mançester Siti” arasında keçirilən matçdan sonra açıqlama verib. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Futbolçularımla və komandamla çox, çox qürur duyuram. Oyunumuz, matçın demək olar ki, bütün aspektlərində üstünlüyümüz, yalnız nəticə xaricində, əla idi. Baş məşqçi kimi bilirəm ki, ‘Mançester Siti’ qarşısında oynamaq çox çətindir və nəticədən çox məyusuq.

Bu inanılmazdır. Qabi (Martinelli) Bilbaoda əla çıxış etmişdi, bu gün start heyətində olmasa da, eyni enerji, eyni fədakarlıq və eyni qətiyyətlə bir daha yaxşı an yaratmaq istəyirdi”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, “kanonirlər” 90+3-cü dəqiqədə Gabriel Martinellinin qoluyla bərabərlik əldə ediblər.

 

Избранный
88
90deqiqe.az

1Источники