RU

Filippində korrupsiyaya qarşı böyük etiraz aksiyası keçirilib

Filippinin paytaxtı Manilada keçirilən antikorrupsiya etirazı təxminən 8000 nəfəri cəlb edib. Bu barədə Inquirer məlumat yayıb

“Bir qrup naməlum iğtişaşçı Mendiola Sülh Tağı yaxınlığında daş və butulkalar ataraq, Malacanang Sarayına gedən yolu bağlayan polis kordonunu yarmağa cəhd edərək polislə toqquşub”, – nəşr yazır.

KİV-in məlumatına görə, daşqınlara qarşı mübarizə fondundan həmin məbləğin oğurlanması səbəbindən etiraz aksiyasına “Trilyon Peso Yürüşü” adı verilib. Nümayişçilər çatışmayan vəsaitlərə görə məsuliyyət daşıyan məmurların cəzalandırılmasını və siyasətçilərin öhdəlikləri ilə bağlı bütün qeydlərin açıqlanmasını tələb edirlər.

"İğtişaşçılar daş və plastik butulkalar atmağa başlayıblar, nəticədə 40-a yaxın polis əməkdaşı yaralanıb", - mənbə bildirib.

Əziz Mustafa

Избранный
33
1
oxumeni.az

2Источники