Mühafizəkar fəal Çarli Kirkin dul xanımı Erika Kirk ərini öldürməkdə şübhəli bilinən şəxsi bağışladığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə Kirkin anım mərasimindəki çıxışında deyib: "Mən onu bağışladım, çünki Məsih bağışlayandı. Və Çarli də belə edərdi".
Kirkin xanımı əlavə edib ki, əri "həyatını alan adam kimi gəncləri xilas etmək" istəyirdi.
Musavat.com