RU

Kim Çen In: “KXDR nüvə silahından imtina etməyəcək”

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahından heç vaxt imtina etməyəcəyini bəyan edib. AzPost xəbər verir ki, KXDR rəhbərinin sözləri barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Kim Çen In bildirib ki, nüvəsizləşmə çağırışları Şimali Koreyanın suverenliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş addım kimi qəbul olunur. Onun sözlərinə görə, ölkənin nüvə statusu əsas qanunda təsbit olunub və “anti-konstitusion hərəkət” edərək bu statusdan imtina etmək mümkün deyil.

Şimali Koreya lideri həmçinin Cənubi Koreya hökumətinin sanksiyaların bir hissəsinin ləğvi müqabilində nüvəsizləşmə təklifini də rədd edib. “Sanksiyaları aradan qaldırmaq? Bu absurddur!” – deyə Kim Çen In Cənubun təşəbbüsünə sərt reaksiya verib.

O qeyd edib ki, Seulun irəli sürdüyü “mərhələli nüvəsizləşmə” ideyası dialoq üçün əsasları məhv edir və tərəflər arasında etimadı daha da zəiflədir.

Kim Çen In çıxışının sonunda vurğulayıb: “Biz nüvə silahından imtina etməyəcəyik”.

AzPost.az

Избранный
9
azpost.info

1Источники