Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:05-də, 4,9 maqnitudada qeydə alınıb. Zəlzələ İstanbul və İzmirdə hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Bizim.Media