RU

QHT sədri: “Maarifləndirmə gənclərdə dövlət müstəqilliyinə bağlılığı artırır”

“Yurd” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov QHT.az-a açıqlamasında bildirib ki, gənclərin dövlətin müstəqilliyi, suverenliyi və hüquqi əsasları barədə maarifləndirilməsi onların vətənə bağlılığını daha da gücləndirir.

Onun sözlərinə görə, gənclər suverenliyin itirilməsinin millət üçün hansı fəsadlar yaratdığını öyrəndikcə müstəqilliyin dəyərini daha dərindən anlayır:

“Bu milli kimliyi, dövlət rəmzlərinə hörməti və qürur hissini artırır. 30 il Azərbaycan müstəqil olsa da, tam suveren dövlət deyildi. Çünki Qarabağda separatçı rejim fəaliyyət göstərirdi və dövlətimizin qanunları, Konstitusiyası orada tətbiq olunmurdu. Lakin Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları ilə dövlətimizin tam suverenliyi bərpa olundu”.

Ramin Mahmudov qeyd edib ki, gənclərin bu mövzuda maarifləndirilməsi onların dövlətin hüquqi əsaslarını qorumaq və möhkəmləndirmək istəyini artırır:

“Onlar ictimai-siyasi həyata daha fəal qoşulur, dövlətin maraqlarını müdafiə etməyə hazır olurlar. Suverenlik haqqında maarifləndirmə işi gənclərdə dövlətin müstəqilliyinə bağlılıq, onun qorunması uğrunda fədakarlığa hazır olmaq və milli həmrəyliyin güclənməsinə bilavasitə təsir edir”.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
8
qht.az

1Источники