RU

Dünyanın ən bahalı 5 pizzası 20 min manata

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pizzanın əsas cazibəsi onun münasib qiymətə doyumlu yemək olmasıdır. Ancaq bəzi restoranlar sadə pizzanı lüks yeməyə çevirməyi qarşılarına məqsəd qoyublar. Nəticədə ortaya “dünyanın ən bahalı pizzaları” çıxıb.

Ölkə.az dünyanın ən bahalı pizzalarını təqdim edir:

Gordon Ramsay’s Pizza – Maze, London – 250 ABŞ dolları - 425 manat

Londonun məşhur Maze restoranında menyuya daxil edilən bu pizza uzun müddət Ginnesin Rekordlar Kitabında “ən bahalı pizza” kimi qeyd olunub. İtalyan soğan püresi, ağ trüf pastası, bufalo mozarella, fontina pendiri, təzə otlar, pancetta və göbələklərlə bəzədilən bu pizza, qiymətini əsasən istifadə olunan trüf miqdarı ilə qazanır.

The C6 – Stevestson Pizza, Kanada – 450 ABŞ dolları - 765 manat

Kanadanın Richmond şəhərindəki Stevestson Pizza restoranında təqdim olunan bu pizza tam bir dəniz məhsulları ziyafətidir. Lobster thermidor, qara albalı cod balığı, karides, qızardılmış qızılbalıq və ən bahalı kürü növlərindən biri olan rus Osetra kürü ilə hazırlanır.

Nino Bellissima – Gino’s Restaurant, Nyu-York – 1.000 ABŞ dolları - 1700 manat

Giovani Spatala tərəfindən hazırlanan bu 12 düymlük nazik xəmirdən ibarət pizzanın üzərinə 6 müxtəlif növ kürü və iki lobster quyruğu əlavə olunur. Hazırlanma dəyəri 720 dollara başa gəlsə də, satış qiyməti 1000 dollardır.

Pizza Royale 007 - Domenico Crolla, Qlazqo – 4.200 ABŞ dolları - 7140 manat 

Adından da göründüyü kimi bu pizza James Bond filmlərinin dəbdəbəsindən ilhamlanaraq hazırlanıb. Tərkibində Dom Perignon şampanında isladılmış kürü, 100 illik konyakda marinad edilmiş lobster, maral filesi, hisə verilmiş qızılbalıq, yüksək keyfiyyətli prosciutto və vintage balzamik sirkə var. Üzəri isə 24 karatlıq qızıl yarpaqları ilə bəzədilib.

Louis XIII – Salerno, İtaliya – 12.000 ABŞ dolları -20 400 manat

Dünyanın ən bahalı pizzasının müəllifi italiyalı aşpaz Renato Viola-dır. Yalnız xüsusi müştərilər üçün hazırlanan bu pizza cəmi 20 sm ölçüdədir və iki nəfərlikdir. Xəmir 72 saatlıq istirahətdən sonra bişirilir, üzərinə isə üç nadir kürü növü (Oscietra Royal Prestige, Kaspia Oscietra Royal Classic, Kaspia Beluga), Norveç lobsteri və 7 növ pendir əlavə olunur.

Bu lüks pizza təkcə yeməklə məhdudlaşmır – xüsusi içkilərlə təqdim edilir: Krug Clos du Mesnil 1995 şampanı, Carta Real Sanches Romate Finos brendisi və dünyanın ən nadir konyakı olan Louis XIII. Ən maraqlısı isə odur ki, aşpaz pizzanı birbaşa sifarişçinin evində hazırlayır və təqdim edir.(valyuta)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
olke.az

2Источники