RU

Bakıda yaşayış binasında YANĞIN

Bu gün Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildiriliib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb. 

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.

Избранный
12
29
redaktor.az

10Источники