RU

İnvedtisiya forumu hər il keçiriləcək - Emin Ağalarov

Azərbaycan əsilli rusiyalı iş adamı Emin Ağalarov 19 ildir ölkədə apardığı işləri davam etdirəcəyini və qarşıdakı illərdə onları daha da genişləndirəcəyini bildirib.

Ağalarov Bakıda keçirilən ilk beynəlxalq forumda çıxışında tədbirin illik ənənəyə çevriləcəyinə ümid etdiyini deyib. 

Onun sözlərinə görə, forum hər il yeni sazişlərin imzalanacağı və müxtəlif sahələrdə qabaqcıl layihələrin təqdim olunacağı platformaya çevrilə bilər.

“İnanıram ki, hər il bu forum daha böyük və uğurlu olacaq. Nəticələrimiz də daha da səmərəli olacaq,” – Ağalarov vurğulayıb.

O, həmçinin forumun strateji tərəfdaşlarına təşəkkür edib və tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Ağalarov çıxışında yaxın vaxtlarda qonaqlara Xəzər sahilində yerləşən “Sea Breeze” kurort kompleksini şəxsən göstərə biləcəyinə ümid etdiyini deyib.

“Ümid edirəm ki, buradakı vaxtınız səmərəli olacaq. İnanıram ki, Sea Breeze burada gördüyünüzdən də qat-qat böyükdür. Xoş gəlmisiniz Azərbaycana,” – o bildirib.

N.Təbrizli

Избранный
12
1
anews.az

2Источники