Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri ermədə təqsirləndirilən Pənah Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən Pənah Rəfiyev 2024-cü ilin iyun ayından dekabrın 9-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşadığı ünvan yaxınlığında və icarə əsasında işlədiyi mağazada 2013-cü il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Hadisələr azyaşlı oğlanın köməksiz vəziyyətindən istifadə etməklə təqsirləndirilən şəxsin seksual ehtirasını pozğun formada təmin etmək niyyəti ilə baş verib.
Kamal Məmmədov