RU

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli olub

Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarların köçürülməsi üçün Lökbatan qəsəbəsində yerləşən "Abşeron" Ticarət Mərkəzində 200 hektara qədər genişləndirilmiş sahə ayrılıb. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Hazırda mərkəzdə tam fəaliyyət göstərən taxta və metal bazarının ərazisi genişləndirilərək sahibkarların fasiləsiz biznes fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ərazidə emalatxanalar, anbarlar və satış məntəqələri istifadəyə verilib.

Ticarət Mərkəzi regionlara, Bakının mərkəzinə və ətraf ərazilərə birbaşa çıxış imkanları ilə fərqlənir. Avtomobil sahibləri üçün isə geniş və pulsuz parkinq zonası fəaliyyət göstərir.

Təhlükəsizlik tədbirləri çərçivəsində "Abşeron" Ticarət Mərkəzində 7/24 mühafizə sistemi və yanğından mühafizə infrastrukturu tətbiq olunub. Eyni zamanda, bütün mağaza və anbarlar tam sığortalanır.

2022-ci ildən fəaliyyət göstərən "Abşeron" Ticarət Mərkəzi hazırda ölkədə tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektlərindən biri hesab olunur.

Избранный
12
2
anews.az

2Источники