RU

Amerikaya gedən Ərdoğandan Trampa jest

BAKI, 22 sentyabr. TELEQRAF

Türkiyə hökuməti 2018-ci ildən ABŞ-dən idxal olunan bəzi mallara tətbiq olunan rüsumları aradan qaldırıb.

Teleqraf xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Ləğv qərarı 33 məhsul kateqoriyasına təsir edib. Bunlara spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika üçün əlavə rüsumlar daxildir. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, bu qərar uğurlu və effektiv danışıqlardan sonra qəbul olunub.

“Türkiyə ilə ABŞ arasında iqtisadi əlaqələrin əsas hədəflərindən biri olan 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün işləməyə və siyasətləri həyata keçirməyə davam edəcəyik”, - nazirlik bildirib.

Əlavə rüsumların qaldırılması ilə bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri fonunda qəbul edilib. Türkiyə lideri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasına qatılacaq və sentyabrın 25-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.

Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-də səfərdədir.

Qeyd edək ki, Ankara 2018-ci ildə Trampın ilk dövründə Amerika mallarına əlavə rüsumlar tətbiq edib. Bu, Amerikanın bir neçə Türkiyə malına tətbiq etdiyi tarifləri artırmasına qarşı cavab tədbiri idi.

Избранный
26
teleqraf.com

1Источники