RU

Filippində güclü qasırğa səbəbindən təxliyələr başlayıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Filippin hökuməti ölkənin şimalında - Luzon bölgəsində Raqasa qasırğası ilə əlaqədar daşqın, torpaq sürüşməsi və genişmiqyaslı elektrik kəsintiləri haqda ciddi xəbərdarlıqlar yayıb.

APA xəbər verir ki, bu barədə DW ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu gün Manila bölgəsi və 29 əyalətdə məktəblər və dövlət idarələri bağlanıb, insanlar təxliyə mərkəzlərinə köçürülüb. Onlarla daxili aviareys və bərə səfərləri ləğv edilib.

Ən yüksək qasırğa xəbərdarlığı Babuyan adaları üçün elan edilib.

Qasırğanın günorta saatlarında burada quruya çatacağı gözlənilir.

Rəsmilər sahilyanı ərazilərdə yaşayan sakinləri dənizdən daha hündür ərazilərə təxliyə olunmağa çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
4
apa.az

5Источники