RU

Türkiyə bəzi ABŞ məhsullarına əlavə idxal rüsumunu ləğv edib

Türkiyə ABŞ-dən ölkəyə gətirilən bəzi məhsullara tətbiq edilən əlavə idxal rüsumunu ləğv edib.

Gundem.az xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də yer alıb. 

Qərar ABŞ-dən idxal olunan 33 adda məhsula şamil edilib. Bunlar arasında spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika məhsulları da var. 

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Ticarət Nazirliyi sözügedən qərarın uğurlu və səmərəli danışıqlar yekununda qəbul edildiyini bildirib. 

Qeyd edək ki, Türkiyə ABŞ məhsulları üçün əlavə idxal rüsumlarını 2018-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə elan etmişdi. Bu, ABŞ-nin Türkiyədən idxal olunan bir sıra mallara rüsumları artırmasına cavab tədbiri olmuşdu.

Избранный
10
1
gundem.az

2Источники