RU

QHT Agentliyi qrant müsabiqələrini elan etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, layihə sənədlərinin qəbulu 22 sentyabr – 22 oktyabr 2025 tarixlərində aparılacaq.

Müsabiqə mövzuları WUF13 təşəbbüsləri, ətraf mühit və sağlamlığın qorunması, əsir və itkinlərin hüquqları, Qərbi Azərbaycana qayıdış, şəhid ailələri və veteranlarla iş, regionların inkişafı və digər ictimai əhəmiyyətli təşəbbüsləri əhatə edir.

Qrant məbləğləri kiçik müsabiqə üzrə 15 min manat, orta müsabiqə üzrə 30 min manat, böyük müsabiqə üzrə isə 50 min manat həcmindədir. Nəticələr 2026-cı ilin I rübündə açıqlanacaq.

Xəbər 5 dəfə oxunub.
Избранный
41
xezernews.az

1Источники