RU

Kim Çen In: KXDR və Cənubi Koreyanın birləşməsi mümkün deyil

Şimali Koreya lideri Kim Çen In bildirb ki, ölkəsi ilə Cənubi Koreya arasında birləşmə mümkün deyil, çünki iki ölkə düşməndir.

Tribunainfo.az -ın xəbərinə görə, onun KXDR Ali Xalq Məclisinin iclasındakı çıxışı barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Koreya Respublikası bütün sahələrdə amerikanlaşdırılıb və yarı iflic, dəhşətli bir qurum, asılı dövlətdir. Bu, tamamilə yad ölkədir”, – Şimali Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, qonşu ölkənin rəhbərliyinin dəyişməsi onun KXDR-ə qarşı düşmənçilik xarakterini dəyişmir.

“Tarixdə belə düşmən dövlətlərin birləşməsi nümunəsi varmı?”, – Kim Çen In soruşub.

Şimali Koreya liderinin sözlərinə görə, iki ölkə arasında birləşmənin mümkünsüzlüyü qanunla təsdiqlənəcək.

Kim Çen In həmçinin bəyan edib ki, KXDR nüvəsizləşdirməyə razı olmayacaq. Şimali Koreya liderinin sözlərinə görə, nüvə silahından imtina ilə bağlı çağırışlar ölkənin konstitusiya quruluşuna qəsdə bərabərdir.

Избранный
8
1
tribunainfo.az

2Источники