RU

Azərbaycan və "ACWA Power" şirkəti arasında daha bir sənəd imzalanıb

Azərbaycan və "ACWA Power" şirkəti arasında Torpaq icarəsi və Dövlət Zəmanəti ilə bağlı sazişlər imzalanıb.

FED.az xəbər verir ki, imzalanma Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Torpaq icarəsi sənədini, iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arcelli imzalayıblar.

Dövlət Zəmanəti ilə bağlı sazişi isə maliyyə naziri Sahil Babayev və ACWA Power şirkətinin baş icraçı direktoru Marko Arcelli imzalayıblar. (Apa)

Избранный
16
1
fed.az

2Источники