RU

Onlarla maskalı yenidən Moskva küçələrində: Miqrantlara basqın? - VİDEO

Onlarla maskalı şəxs yenidən Moskva küçələrinə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Rusiya icması”na bağlı “Obshchina NOVOSTI” “Telegram” kanalı görüntülər yayıb.

Videoda Butovoda “Rus icması” tərəfdarlarının basqını əks olunub. Kadrlarda onların polis maşınlarının sayrışan işıqları fonunda səkilər boyu cərgə ilə hərəkət etdikləri görünür.

Reydin konkret məqsədi açıqlanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Moskva yaxınlığındakı Lyubertsıda da oxşar aksiya keçirilib. Həmin vaxt 100-dən çox adam miqrantların rəhbərlik etdiyi qeyri-rəsmi gənclər qruplaşması ilə görüşməyə çalışmışdı. Bu gənclərin zorakılıq hallarından yerli sakinlər şikayət etmişdi.

Başqa bir mənbənin məlumatına görə, sözügedən şəxslər Cənub-Qərbi Moskva Rus İcmasının patrul komandasıdır. Onlar mütəmadi olaraq paytaxt küçələrində patrulluq edir.

Избранный
34
publika.az

1Источники