RU

Günə 2 qutu siqaret çəkən pasiyentin ağciyəri deşildi Foto

Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.

Günə 2 qutudan artıq siqaret çəkən pasiyentin ağciyərlərinin görüntüsü şok yaradıb.

Tribunainfo.az xəbər verir ki, görüntüləri həkim Aydın Əliyev paylaşıb. O bildirib ki, günə 2 qutudan artıq siqaret çəkən pasiyentin sağ ağciyəri içəridən deşilib:

“Nəfəs aldığı hava plevra boşluğuna daxil olub ağciyəri sıxıb büzüşdürüb-total kollaps (spontan tension pnevmotoraks) olub. Sağ plevra boşluğundakı havanın çıxması üçün bülau drenajı qoyulub, fəqət drenajın plevra boşluğundakı hissəsi qatlanıb oradakı havanın çıxmasına mane olub. Deşilmiş ağciyərdən plevra boşluğuna daxil olan havanın təzyiqi artaraq bu dəfə drenaj dəliyindən döş qəfəsi divarındakı dəlikdən yumşaq toxumalar arasına daxil olaraq dərialtı emfizema-subcutaneous emphysema yaradıb”.

Həkimin paylaşdığı görüntüləri təqdim edirik:

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
tribunainfo.az

2Источники