RU

"İsrailin siyasəti ABŞ-ı narahat edir, region ölkələri birləşə bilər"- Politoloq

"İsrailin siyasəti ABŞ-ı narahat edir, region ölkələri birləşə bilər".

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında bildirib ki, İsrail son vaxtlar bəzi hallarda sərt və qönqli siyasət yürüdür ki, bu da ABŞ-ın diqqətini çəkir və narahatlıq yaradır. Onun sözlərinə görə, ABŞ-ın bölgədəki tərəfdaşları — Qatar, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələr — artıq Vaşinqtonun verdiyi sözlərə tam inam göstərmir.

T. Rzayev vurğulayıb ki, Səudiyyə Ərəbistanı və Pakistan arasında qarşılıqlı müdafiə sazişləri İsrailin hərəkətləri fonunda bölgədə gərginliyi artırır. Bu isə ABŞ-ı siyasi müdaxilə etməyə və tərəfdaşlarla münasibətləri tənzimləməyə məcbur edir.

Politoloq qeyd edib ki, İsrailin agresiv siyasəti nəticəsində Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ kimi ölkələr İsrailə qarşı birləşə bilər. Eyni zamanda, ABŞ regiondakı siyasətində Türkiyənin neytral mövqeyini təmin etməyə çalışacaq və Türkiyənin onun yanında olması vacib hesab olunur.

Избранный
11
news365.az

1Источники