RU

Kart sistemi, güzəştlər və pullu zonalar - Bakı nəqliyyatında yeni ERA

“Yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağdsız ödəniş sisteminə təşviq edəcək”.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 
jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Yeni model daşıyıcıları sürətlə bu sistemə keçməyə təşviq edəcəyik”, - o bildirib.

“Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyini artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”, - A.Rzayev əlavə edib.

Избранный
22
49
redaktor.az

7Источники