RU

Tramp Qəzzada problemin diplomatik yolla həllinə inanır

ABŞ Prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə nail olacağına ümid etdiyini bildirib. Xəbəri TASS verib. 

O, Arizonadan Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə deyib: “Ümid edirəm ki, diplomatik həll yolu görmək istərdim. Çoxlu qəzəb və nifrət var, bilirsinizmi, bu, illərdir davam edir. Ümid edirəm ki, bir nəticəyə gələ bilərik”.

Daha əvvəl Amerikanın “Axios” xəbər portalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüş keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri dəvət alıblar. 

Mənbənin məlumatına görə, Ağ Ev bu ölkələrin Qəzza zolağının müharibədən sonrakı rekonstruksiyasında iştirakını, həmçinin İsrail qoşunlarının anklavdan çıxarılmasından sonra onların yerinə “sabitləşdirici qüvvə” kimi öz hərbi kontingentlərini yerləşdirmək imkanlarını müzakirə etməyi planlaşdırır.

P.Əmircanov
XQ

Избранный
13
1
xalqqazeti.az

2Источники