RU

Serbiyada keçirilən paradda yeni modernləşdirilmiş M-84AC3 tankı görünüb

Serbiyanın paytaxtı Belqradda keçirilən hərbi paradda M-84 tankının yeni təkmilləşdirilmiş M-84AC3 modeli görüntülənib.

Herbiand.az bildirir ki, bunu AviaKurs Telegram kanalı yazıb.

Serbiyanın Müdafiə Nazirliyi yeni M-84 tank modelinin paradda iştirakını təsdiqləyib. Tankın yeni adı M-84AC3 kimi qeyd olunub.

Tankda ən nəzərə çarpan dəyişiklik aktiv müdafiə sisteminin əlavə edilməsidir. Onun vizual olaraq İsrailin “Elbit Systems” şirkətinin “Iron Fist” aktiv müdafiə sisteminə bənzədiyi qeyd edilir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
11
herbiand.az

1Источники