RU

“TikTok” razılaşmasında kimlər iştirak edəcək? – Tramp açıqladı


“TikTok” razılaşmasında dünyanın ikinci ən varlı adamı, “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison, “Dell” şirkətinin baş direktoru Maykl Dell, həmçinin Laxlan və Rupert Merdok ailəsi iştirak edəcək.
Yeniavaz.com
“The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“İştirakçılardan biri Larri Ellisondur. Maykl Dell də iştirak edəcək. Laxlan Merdok da iştirakçılar arasındadır. Rupert Merdok da bu qrupa daxil ola bilər”, - Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin söhbətin çox böyük məbləğdən getdiyini bildirib.
Telekanalın məlumatına görə, onlar Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsinin yeni ABŞ bölməsinə rəhbərlik edəcəklər.
Qeyd edək ki, sentyabrın 19-da ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığı aparıb. Bu zaman digər məsələlərlə yanaşı, “TikTok”un alınması məsələsi də müzakirə olunub.
ABŞ liderinin sözlərinə görə, Çin tərəfi razılaşmanı təsdiqləyib və o, tamamlanmağa doğru gedir, lakin hələ çox mühüm addımlar qalıb.
Избранный
7
1
yeniavaz.com

2Источники