RU

Simonyandan sonra Qriqoryan da Bakıya gəlir?

BAKI, 22 sentyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı jurnalistlərin sualına növbəti dəfə qısa cavab verib.

“Lazım gələrsə, Milli Təhlükəsizlik Xidməti məlumat verəcək”, - Qriqoryan qeyd edib.

Onun Bakıya səfərinin mümkün olub-olmaması ilə bağlı suala isə Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Belə bir müzakirə yoxdur”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-21-də Azərbaycanın paytaxtında keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib.

Избранный
46
2
teleqraf.com

3Источники