İqtisadiyyat naziri Mikayıl Cabbarov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan və onun hüdudlarından kənar: Regionların əlaqələndirilməsi, gələcəyin qurulması" adlı plenar sessiyada iştirak edib.
Far.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Yüksəksəviyyəli rəsmilər, beynəlxalq maliyyə institutları, beyin mərkəzləri, biznes nümayəndələri və qlobal investorlarla birlikdə ölkəmizin regional əməkdaşlığa verdiyi töhfələri və yeni iqtisadi çağırışlara uyğun çevik yanaşmalarını müzakirə etdik. Regionda formalaşan yeni geoiqtisadi reallıqlar fonunda Azərbaycanın strateji mövqeyi, ölkə iqtisadiyyatının diversifikasiyası, innovasiya və transformasiyaya sadiqliyi xüsusi vurğulandı".
Birinci Azərbaycan Beynəlxalq #İnvestisiya Forumu çərçivəsində "Azərbaycan və onun hüdudlarından kənar: Regionların əlaqələndirilməsi, gələcəyin qurulması" adlı plenar sessiyada iştirak etdik. Yüksəksəviyyəli rəsmilər, beynəlxalq maliyyə institutları, beyin mərkəzləri, #biznes… pic.twitter.com/vMWAImPSyF
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025