Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ABŞ iqtisadiyyatına 77 milyon 621 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57 milyon 960 min ABŞ dollar və ya 3,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,8% təşkil edib.
Eyni dövrdə ABŞ Azərbaycan iqtisadiyyatına 89 milyon 493 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 25 milyon 452 min ABŞ dollar və ya 1,4 dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!