RU

Adnan Əhmədzadəylə birgə kimlər həbs oluna bilər?

Adnan Əhmədzadəyə qarşı ittihamlar doğrudursa, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əməlinə bərabər çox ağır cinayətdir. Söhbət adi korrupsiyadan getmir. Onsuz da məmurların az qala 99%-i korrupsionerdir. Məsələ dövlətin iqtisadi təhlükəsizliyindən gedir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, düz 10 il əvvəl bəlli oldu ki, Beynəlxalq Bank faktiki müflisdir və bu səbəbdən devalvasiya baş verdi və dollar bahalaşdı:

“Əhmədzadənin əməli isə ölkəyə dollar axınının yeganə mənbəyi – neft satışı biznesimizə ağır zərbədir. Buna görə də necə ki, digər rüşvətxorlardan fərqli olaraq Hacıyev əfv olunmur və artıq 10 ildir ki, həbsxanadadır, Əhmədzadənin də amana şansı yoxdur.

Lakin məni başqa məsələ düşündürür. Hər ikisinin törətdiyi əməl çoxsaylı şəxslərlə əlbirliyi zəruri edir. Tək adam bunları edə bilməz. Amma Hacıyev məsuliyyətə tək cəlb olundu. Onun fəaliyyətinə bərbad nəzarət etmiş Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov da vəzifəsində qaldı (hər ikisi indi də hökumətdədir: biri baş nazirin müşaviri, digəri isə müavinidir).

Bəs görəsən Əhmədzadə ilə iş birliyində olmuş digər şəxslər də məsuliyyətə cəlb olunacaqmı? Onun işinə nəzarət etməli olanlar, o cümlədən SOCAR rəhbərliyi məsuliyyətə cəlb olunacaqmı? Olmayacaqsa, bizi vaxtaşırı belə cinayətlər gözləyir. Çünki cəzasızlıq özbaşınalıq yaradır”.

Gülşən Rəsul

Избранный
8
tribunainfo.az

1Источники