RU

Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - ŞİKAYƏT

Naxçıvan şəhəri, Şərur rayonunun adının açıqlanmasını istəməyən sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 1 qrup əlil və ağır vərəm xəstəsi olan Məmmədov Emin Elşad oğlu dönərçi və kababçı kimi fəaliyyət göstərir, səlahiyyətli qurumlar və obyekt sahibi isə buna göz yumur:

“Yazaraq bildirirəm ki, dönərçi və kababçı kimi fəaliyyət göstərən Məmmədov Emin Elşad oğlu vərəm xəstəsidir. O, saxta yolla 1-ci qrup əlillik alıb. Amma vərəm xəstəsi olduğunu Şərur rayonunda demək olar ki, hər kəs bilir. Bu adam Şərur Ticarət Mərkəzində - köhnə bazarda kababçı və dönərçi kimi işləyir. Heç vaxt əlcək və maskadan istifadə etmir.

Həmçinin, üvnalı sosial yardım alır. Eşitdiyimə görə, xeyli müddət əvvəl 2 min manat verərək, özünə əlillik alıb. Həmçinin, narkotik istifadəçisidir.

Ona saxta əlilliyi isə Nailə həkim adlı bir xanım düzəltmişdi. Sonra gördü ki, ondan şikayət çoxdur, xaricə qaçdı. Hazırda Nailə xanım axtarışdadır.

Bildirim ki, Məmmədov Emin Elşad oğlu Şərur rayonu, Çərçiboğan kəndində Mirzə Ələkbər Sabir küçəsi ev 07 ünvanında yaşayır.

Adamın psixoloji problemləri də var. Belə ki, atası Məmmədov Elşad Eyyub oğlunu evdən qovalayaraq, hazırda həmin evdə məskunlaşmışdır. Özünə məxsus evi işə xalası İsmayılova Ölkəyə vermişdir”.

Bu məlumatları redaksiyamıza göndərən şikayətçi onu da bildirir ki, insanların həyatı təhlükədə olduğu üçün bu haqda yazmağa məcbur olub: “Belə ki, adam tez-tez öskürür və bu zaman ağzında tüpürcək çıxa, dönəri və yaxud da kababı alan adam da bu xəstəliyə yoluxa bilər”.

Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı yazıda adı çəkilən Məmmədov Emin Elşad oğlunun mövqeyini dərc etməyə hazırıq.

Избранный
7
1
hurriyyet.az

2Источники