RU

Serbiya Rusiyadan elektron döyüş sistemləri alıb

Rusiyanın “Krasuxa-2” və “Krasuxa-4” elektron döyüş sistemləri Serbiya ordusunda xidmətdə görünüb. Texnikalar əvvəllər ictimaiyyətə nümayiş etdirilməyib.

Herbiand.az bildirir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Sistemlər Belqradda keçirilən hərbi paradda görünüb. Bu, Qərbin sanksiyalarına baxmayaraq Rusiyanın belə sistemləri Serbiyaya satdığının ilk rəsmi təsdiqidir.

Dəqiq çatdırılma tarixləri, sistemlərin sayı və dəyəri məlum deyil. Çatdırılmanın necə həyata keçirilməsi də qeyri-müəyyən olaraq qalır. Güman edilir ki, silahların daşınmasında üçüncü dövlətlər Rusiyaya yardım edib.

Maraqlıdır ki, bu ilin əvvəlində Serbiya hakimiyyət orqanları silah tədarük edə bilmədiyinə görə, Rusiyanın müdafiə sənayesi ilə bağladığı bir neçə müqaviləyə xitam verib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
19
herbiand.az

1Источники