RU

“Bu sənəd suverenliyimizin dünya miqyasında tanınmasıdır”

“Azərbaycan daim sülhün tərəfdarı olub, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib”.

Redaktor.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev “Suverenliyin keşiyində: Konstitusiyada prokurorluğun statusu” adlı beynəlxalq konfransda deyib.

Kamran Əliyev bildirib ki, həmin vaxt BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb. Lakin Azərbaycan indiki kimi həmişə sülh tərafdarı olub.

Baş prokuror bu il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir: “Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır”.

 

Избранный
20
11
redaktor.az

10Источники