RU

AYNA sədri: Bakıda ictimai nəqliyyata tələbi təmin etmək üçün 500 avtobus çatışmır

Bakıda ictimai nəqliyyatda ehtiyacı qarşılamaq üçün 2800 avtobusa tələbat var.

APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, avtobusların sayı hazırda 2300 ədədə çatdırılıb. Bu il ərzində xəttə 200 yeni avtobus buraxılacaq.

Bununla belə Anar Rzayev əlavə edib ki, mövcud avtobus parkının böyük hissəsi köhnədir və xidmət bugünki reallığa uyğun deyil: “Onların istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir”.

Избранный
11
5
apa.az

6Источники