RU

Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

2025-ci ilin 15-21 sentyabr tarixlərdində işğaldan azad edilən ərazilərdə 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286  partlamamış hərbi sursat (PHS) aşkarlanaraq, zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 1130,6 hektar ərazi minalardan təmizlənib.

Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 

Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar 

Избранный
17
7
anews.az

10Источники