Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub.TehsilForumu.Az-a Nazirlikdən verilən məlumata əsasən, müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта