RU

İddialı rəqibə özü qol vurub xal qazanan baş məşqçi nə danışdı?

1-ci Liqanın 2-ci turunda çempionatın iddialılarından bri olan MOİK-lə üz-üzə gələn "Şimal" debüt mövsümündə ilk xalını qazandı. "Şimal"ın oynayan baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bilirdik ki, bizi ağır oyun gözləyir. Rəqibin gücü və heyəti haqda uzun danışmağa ehtiyac yoxdur. Uşaqlara bu qarşılaşmada çox güc sərf etməli olacaqlarını demişdim. Futbolçularımıza hər mövqedə sonadək mübarizə aparmağı tapşırmışdım. Elə də oldu. Uşaqlar sağ olsunlar ki, böyük əzmkarlıq göstərdilər. Onların rahat oynamasına imkan verə bilməzdik.Heyətimiz kasaddır. İstədiyimiz sayda futbolçu yoxdur. Ehtiyat qüvvə problemimiz var. 14 oyunçu ilə mübarizə aparmaq məcburiyyətindəyik. Buna baxmayaraq, kiminsə asanlıqla yenə biləcəyi komanda olmaq niyyətindən uzağıq. Hər oyunda döyüşmək, mübarizə aparmaq, liqada qalmaq istəyirik".

Qeyd edək ki, "Şimal"ın yeganə qolunu 30-cu dəqiqədə Cəlilov vurub. Sözügedən kollektiv növbəti matçını səfərdə "Şəfa"ya qarşı keçirəcək.

Nihat

Избранный
9
fanat.az

1Источники