RU

Avtobus zolaqları yalnız tıxac olan yerlərdə çəkiləcək AYNA sədri

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəkilməsinin mənası yoxdur.

Redaktor.az ''Report''a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Avtobus zolaqlarının çəkilməsində elə əsas məqsəd avtobusun tıxacda qalmamasıdır. Bakı ətrafı qəsəbələrdə biz bu gün bir o qədər də sıxlıq görmürük . Məsələn götürək Novxanını. Orada avtobus zolağının çəkilməsinə sıxlığın olmaması səbəbi ilə ehtiyac yoxdur",- deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
14
redaktor.az

10Источники