RU

7 klubdan təklif alıbmış - “Real”a transferi ərəfəsində

“Real”ın müdafiəçisi Din Heysenin agenti Ali Barat futbolçunun Madrid klubuna keçməzdən əvvəl başqa hansı klublardan təklif aldığını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir neçə klubun adını çəkib:

“Həmişə “Real”ın bizim üçün gələcəyini düşünürdük. Heysen əla oyunçudur və milli komanda ilə iki matçdan sonra Madrid klubu bizimlə əlaqə saxladı və hər şey ondan sonra çox sürətlə baş verdi.

“Çelsi” Heyseni yanvarda geri qaytarmaq istədi. Onlar real maraq göstərən ilk böyük klub idilər, lakin “Bornmut” onu qışda satmaq istəmədi.

Bəli, onun milli ilə çıxışından sonra “Bayern”, “Liverpul”, “Tottenhem”, “Nyukasl” kimi yeddi klubdan təxminən yeddi təklif aldıq…

Düzünü desəm, onların hamısı Heysenlə müqavilə bağlamaq istəyirdilər”.

Избранный
7
sportinfo.az

1Источники