RU

“Təzə gəlin evdə tapılmır, Nadirin pullarını xərcləyirlər, nə veclərinə”

"Nadirdən soruşuram ki, təzə gəlin necədir? Deyir ki, heç evdə tapılır ki... Gəzirlər özləri üçün. Nadirin pullarını xərcləyirlər, nə veclərinə".

Hurriyyet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "İncə səhər" verilişində deyib.

O, müğənni Nadir Qafarzadənin bir neçə gün əvvəl ailə quran oğlu Əziz və gəlini haqda danışıb.

M.İsgəndərlinin sözlərini təsdiqləyən Qafarzadə bunları əlavə edib:

"Biz övlad üçün hər şey etməyi borc bilirik: böyüdürük, təhsil veririk, toy edirik, sonra da ailəsinə kömək etməyi borc bilirik. Xaricdə isə belə deyil. Bizim ömürboyu əlimiz üzərində olur. Allah bizə ruzi versin əlimiz övladın üstündə olsun".(axşam.az)

Избранный
4
8
hurriyyet.az

9Источники