RU

Yaponiyada bələdiyyə telefon istifadəsini gündə 2 saatla məhdudlaşdırır

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaponiyanın Aichi prefekturasında yerləşən Toyoake Bələdiyyəsi iş və məktəb saatlarından kənar vaxtlarda ağıllı telefon və video oyun konsolları da daxil olmaqla rəqəmsal cihazlardan istifadənin gündəlik maksimum 2 saatla məhdudlaşdırılmasını tövsiyə edən yeni qaydanı təsdiqləyib.

BAKU.WS xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, bələdiyyə rəhbərliyi bu qərarı şəhər sakinlərinin texnoloji cihazlardan asılılığını azaltmaq məqsədilə qəbul edib.

Bələdiyyə sədri Kouki Masafumi bildirib ki, qəbul edilən qayda Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyinin sağlam yuxu üzrə tövsiyələrinə əsaslanır. Buna görə də, həftə içi ağıllı telefon istifadəsi orta hesabla gündə iki saatla məhdudlaşdırılıb.

Yeni qaydada vurğulanır ki, 18 yaşdan aşağı uşaqlar üçün kifayət qədər yuxu həm fiziki, həm də psixoloji inkişaf baxımından son dərəcə vacibdir. Məktəblilərə dair tövsiyələrə görə:

ibtidai sinif şagirdləri saat 21:00-dan,

orta məktəb və yuxarı yaş qrupları isə saat 22:00-dan sonra smartfon istifadəsini dayandırmalıdır.

Eyni zamanda valideynlərə evdə cihaz istifadəsi ilə bağlı qaydalar müəyyənləşdirmək məsləhət görülür. Bələdiyyə rəhbərliyi isə valideynlər üçün məsləhət və dəstək xidməti sistemi yaradacağını açıqlayıb.

Qaydaların 1 oktyabrdan qüvvəyə minməsi nəzərdə tutulur. Tövsiyələrə əməl etməyənlər üçün hər hansı cərimə və ya cəza tədbiri nəzərdə tutulmur.

Bu qərar Yaponiyada texnoloji cihazların həddindən artıq istifadəsinin yuxu rejiminə və ailə həyatına mənfi təsirlərinə diqqət çəkən ilk yerli təşəbbüs hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
baku.ws

2Источники