Qax rayonunda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qum kəndində baş verib.
Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Nizami Şəkərəliyev kənd ərazisindəki həyətyanı sahəsində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N.Şəkərəliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.