RU

Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!

Azercell müştərilərinə gündəlik sifarişlərdə rahatlıq və daha əlverişli xidmət imkanları təqdim edən yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 3 ay müddətində ödənişsiz “Wolt+” abunəliyindən faydalana biləcəklər.

“Wolt+” abunəliyi istifadəçilərə restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərinə 10% endirim və eksklüziv təkliflərdən yararlanmaq imkanı verir, gündəlik sifarişləri daha səmərəli və rahat edir.

Kampaniyadan faydalanmaq üçün Azercell tətbiqində yerləşən “Wolt+” bannerinə klik edərək promo kodu aktivləşdirmək kifayətdir. 

Ətraflı məlumat üçün: Wolt+ kampaniyası | Azercell
 

 

Избранный
41
14
anews.az

10Источники