RU

Sadə testlə sağlamlığınızı 1 dəqiqəyə yoxlayın

Bir dəqiqəlik sadə test insanın ümumi sağlamlıq vəziyyətini göstərir.

E-saglam.az xəbər verir ki,  Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin kompleks yanaşmalar şöbəsinin direktoru Selina Lim-in sözlərinə görə, bir ayaq üstə dayanmaq bacarığı insanın ömür uzunluğu ilə bağlıdır. Bu barədə o, Metro nəşrinə danışıb.

Mütəxəssis qeyd edib ki, yaş artdıqca insanın tarazlığı qoruma qabiliyyəti ilk itirilən bacarıqlardan biridir. 65 yaşdan sonra bir çox insan bir ayaq üstə cəmi bir neçə saniyə dura bilir ki, bu da yıxılma riski, müstəqilliyin itirilməsi və hətta erkən ölüm ehtimalı ilə bağlıdır.

Lim-in sözlərinə görə, sağlamlıq vəziyyətini qiymətləndirmək üçün sadəcə əlləri belinizə qoyub bir ayağınızı qaldırmaq kifayətdir. Yaş qruplarına görə normal nəticələr belədir:

18–39 yaş – təxminən 43 saniyə

40–49 yaş – 40 saniyə

50–59 yaş – 37 saniyə

60–69 yaş – 30 saniyə

70–79 yaş – 18 saniyə

80 yaşdan yuxarı – 5 saniyə

Əgər balansı saxlamaq çətinlik yaradırsa, bu, mütləq idmanla məşğul olmaq və əzələləri gücləndirmək üçün səbəbdir. Mütəxəssis mütəmadi hərəkət etməyi və tarazlıq məşqlərinə vaxt ayırmağı tövsiyə edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
21
e-saglam.az

1Источники