RU

Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Neft məhsulları və sənaye tullantılarının ekoloji problemləri” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin, AMEA-nın Gəncə Bölməsinin və Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib. SİA-nın bölgə müxbiri xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev çıxışında tədbirin Prezident İlham Əliyevin Yusif Məmmədəliyevin 120 illiyinin qeyd olunması haqqında Sərəncamına əsasən keçirildiyini vurğulayıb.

Plenar iclasda müxtəlif elmi-tədqiqat müəssisələrindən alimlər – AMEA-nın müxbir üzvü, professor Valeh Cəfərov, professor Sevda Əhmədova, professor İsfəndiyar Alverdiyev, dosent İmran Qasımov və digərləri məruzələrlə çıxış ediblər.

Sonra konfrans işini “Kimya sənayesi tullantıları və təkrar emalı”, “Qida və yüngül sənaye tullantılarının ekologiyası” və “Ekoloji təmiz bioenerjinin alınması” adlı bölmələrdə davam etdirib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Избранный
16
sia.az

1Источники