RU

Cənubi Qafqazda sülh bütün dünyaya nümunə ola bilər – TÜRKİYƏLİ DEPUTAT

NATO Parlament Assambleyasının İrəvanda keçirilən 108-ci Rose-Roth Seminarında iştirak edən NATO Parlament Assambleyasının Alt Komitəsinin sədri Fatma Aksalı brifinqdə  Ermənistan-Türkiyə münasibətləri və Ermənistan-Azərbaycan sülh prosesi mövzusuna toxunub.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Aksalı jurnalistin Ermənistan-Türkiyə sərhədinin açılmamasının səbəbləri ilə bağlı sualını cavablandırıb:

"Bildiyiniz kimi, Ermənistan və Türkiyə arasında münasibətlərdə yeni səhifə açılır və biz Azərbaycan və Ermənistan arasında davam edən danışıqları görməkdən məmnunuq. Döyüş heç kimə sərf etmir, sülh hamıya faydalıdır".

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini xatırladıb və qeyd edib ki, yaxın aylarda sərhədin açılması üçün real imkan yarana bilər. "Uçuşlar var, amma Türk Hava Yolları hələ uçmur. Ümid edirik ki, tezliklə qapılar açılacaq, ticarət və mədəni əlaqələrimiz olacaq. Bu, təkcə Ermənistan və Türkiyə üçün deyil, bütün region üçün vacibdir".

Aksalı hesab edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması bütün dünyaya nümunə ola bilər: "Görürsən, Ukraynada və Qəzza zolağında müharibələr davam edir. Amma biz regionumuzda sülhün bərqərar olması və iqtisadi əlaqələri inkişaf etdirməklə həqiqətən də burada yaxşı nümunə göstərə bilərik. Bundan hər ikimiz faydalanacağıq".

Избранный
28
herbiand.az

1Источники