RU

Benzema Qarabağ a uduzan komandaya keçə bilər

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Əl-İttihad"ın 37 yaşlı hücumçusu Kərim Benzema karyerasını Avropanın tanınmış klubunda davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Məlumata görə, onun xidmətində "Benfika"nın baş məşqçisi Joze Mourinyu maraqlıdır. Mənbə bu transferin reallaşması üçün Lissabon klubunun qışda Səudiyyə Ərəbistanı təmsilçisinə 5-7 milyon avro ödəməli olduğunu, Benzemanın isə maaşının azaldılmasına razılaşmaq məcburiyyətində qalacağını vurğulayıb.

Benzemanın "Əl-İttihad"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Yerli mətbuatın məlumatına görə, hazırda Fransa millisinin sabiq forvardı illik 100 milyon avro maaş alır.

UEFA Çempionlar Liqasında "Qarabağ"dan alınan məğlubiyyətdən (2:3) sonra baş məşqçi Brunu Lajeni istefaya göndərən "Benfika" rəhbərliyi komandanı Mourinyuya tapşırıb.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
fanat.az

2Источники