RU

Azərbaycan və BƏƏ birgə “Şəhər içində şəhər” konsepsiyasının icrasınabaşladılar...


Firdovsi Şahbazov: “Bu saziş çərçivəsində ciddi birgə layihələr həyata keçiriləcək”

“Şəhərsalma ilə bağlı BƏƏ-nin təcrübəsindən yararlanmaq imkanı əldə edəcəyik”

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.
Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, BƏƏ ilə sözügedən sənədin imzalanması mühüm əhəmiyyət kəsb edir: “Əvvəla, bu, onu göstərir ki, BƏƏ Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Bu, onu sübut edir ki, Azərbaycan Cənubi Qafqazda BƏƏ üçün ən vacib ölkədir. Biz nəzərə almalıyıq ki, BƏƏ-nin sərmayə imkanları kifayət qədər böyük və çoxşaxəlidir. Neftdən əldə edilən milyardlar hesabına BƏƏ səhralıqda necə deyərlər, cənnət yaradıb. BƏƏ-nin yaratdığı şəhərlər həm dünyanın işgüzar mərkəzlərindən biridir, həm də turizm mərkəzləridir. Dünyada milyonlarla turist hər il BƏƏ-yə üz tutur. BƏƏ şəhərlərində geniş və dünya standartlarına cavab verən otellər şəbəkəsi mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında imzalanan "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi çərçivəsində ciddi birgə layihələr həyata keçiriləcək. Ən başlıcası bu sahədə BƏƏ-nin malik olduğu təcrübə öyrəniləcək. Fikrimcə, bu, təcrübə mübadiləsi baxımından olduqca önəmli məqamdır. Şəhərsalma ilə bağlı BƏƏ-nin təcrübəsindən yararlanmaq imkanı əldə edəcəyik. Həmçinin, BƏƏ bununla əlaqədar Azərbaycana investisiyalar yatıracaq. Nəticədə Azərbaycanda işgüzar fəalıq artacaq. Çünki bu kimi layihələrin həyata keçirilməsi işgüzar fəallığı artırmaqla yanaşı, yan sahələrin də inkişafına öz töhfəsini verəcək. Söhbət təbii ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafından və bu sahələrə qoyulacaq investisiyalardan gedir”.
Vidadi ORDAHALLI

Избранный
33
baki-xeber.com

1Источники