RU

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" məğlubiyyətə üzüldü

Azərbaycan II Liqasında III turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk günündə üç görüş baş tutub.

Hər üç görüşdə qol vuran komanda qələbəni bayram edib. "Ağdaş" "Dinamo"nu səfərdə böyük hesabla məğlub edib. "Quba" - "Şəmkir" və "Şirvan" - "Göygöl" matçlarında isə meydan sahibləri üç xala sevinən tərəf olub. 

Qeyd edək ki, turun üç oyunu sabah keçiriləcək.

Azərbaycan II Liqası
III tur
22 sentyabr (bazar ertəsi)

“Dinamo” – “Ağdaş” 0:3
Qollar:
Ülvi Sarıyev, 80-pen; 84. Yusif Yusifzadə, 90+3. 
Hakimlər: Kamil Aydınov, Sadiq Əliyev, Rasim Axundov, Rasim Musayev
Hakm-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu

“Quba” – “Şəmkir” 1:0
Qol:
Vidadi Cəfərov, 46.
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Şamil İmanzadə
Hakm-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Quba OİK stadionu

“Şirvan” – “Göygöl” 2:0
Qollar:
Cavid Əliyev, 73; 85.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Ruslan Məmmədov, Nazim Abdullayev
Hakm-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şirvan OİK stadionu

Избранный
17
1
fanat.az

2Источники