RU

Filtrsiz su içmək sağlamlığa zərər verəbilər

Son araşdırmalar göstərir ki, filtrdən keçirilməmiş su içmək bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.

Redaktor.az xarici mənbəyə istinadla xəbər verir ki, suyun təbii mənbələrindən və ya krandan birbaşa içilməsi müxtəlif bakteriya, virus və metal qalıqlarının orqanizmə daxil olmasına səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün bu risk daha yüksəkdir.

Mütəxəssislər təmiz, filtrdən keçirilmiş və ya qaynadılmış suyun içilməsini tövsiyə edirlər. Onlar qeyd edir ki, bu sadə addım mədə-bağırsaq infeksiyaları, suluq və digər sağlamlıq problemlərinin qarşısını ala bilər.

Eyni zamanda, içməli suyun keyfiyyətini müəyyən etmək üçün mütəmadi olaraq laborator yoxlamaların aparılması da vacib sayılır.

Nuriyyə NATİQQIZI

Избранный
10
redaktor.az

1Источники