RU

Düşüncələrimizi də oxumağa başlayırlar?

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insan beyninə birbaşa müdaxilə artıq reallığa çevrilir.

İlon Maskın qurucusu olduğu “Neuralink” şirkəti bu ilin oktyabrında insan düşüncələrini səsə çevirmə texnologiyasını ilk dəfə sınaqdan keçirəcəyini açıqlayıb. Şirkətin rəsmisi Doncin Seo bildirib ki, bu sistem vasitəsilə artıq klaviatura, telefon və ya başqa vasitələrə ehtiyac olmayacaq. Sadəcə bir sözü düşünmək etmək kifayətdir ki, o, səs kimi eşidilsin.

Əsas məqsəd – yardım, yoxsa nəzarət?

Şirkət nümayəndəsinin sözlərinə görə, texnologiyanın əsas hədəfi danışmaq qabiliyyətini itirmiş insanlara yardım etməkdir. Yəni iflic, nevroloji xəstəlik və ya zədələnmə səbəbindən danışa bilməyənlər düşüncələri ilə ünsiyyət qura biləcəklər. Bu, tibbi baxımdan böyük irəliləyişdir.

Amma işin digər tərəfi var. Bu texnologiya sadəcə xəstələr üçünmü istifadə olunacaq, yoxsa zamanla hər kəsin beyninə uzanacaq gizli bir “əlin” başlanğıcımıdır?

“Düşüncələrimizə əl uzatmaq” qorxusu

Bir çox insan artıq belə texnologiyaların cəmiyyətin azadlığına təsirindən narahatdır. Əgər düşüncə ilə danışmaq mümkündürsə, sabah düşüncələrin izlənilməsi, yazıya çevrilməsi və hətta manipulyasiya olunması riskini kim istisna edə bilər?

Texnologiyanın məqsədi nə qədər “insanlığa xidmət” kimi təqdim olunsa da, suallar açıq qalır: Bu cihaz yalnız ehtiyacı olanlara tətbiq ediləcək, yoxsa geniş yayılacaq? İnsanların şəxsi düşüncələrinin təhlükəsizliyi necə qorunacaq? Bir gün dövlətlər və ya şirkətlər bu texnologiyadan nəzarət aləti kimi istifadə edə bilərlərmi?

İnkişafın iki üzü

Tarix göstərir ki, hər yeni ixtira həm fayda, həm də təhlükə gətirir. Atom enerjisi də əvvəlcə “sivilizasiya üçün irəliləyiş” idi, amma nəticədə atom bombasına çevrildi. Beyinlə texnologiyanın birləşməsi də eyni ikili risk daşıyır: bir tərəfdə səssiz insanlara səs vermək, digər tərəfdə isə düşüncələri nəzarət altına almaq.

İlon Maskın “Neuralink” layihəsi elm tarixində yeni bir səhifə açır. Bu səhifənin adı “insana yardım” da ola bilər, “insanı idarəetmə” də. Hələlik cavabları zaman verəcək. Amma bir həqiqət var ki, artıq təkcə sözlərimiz yox, düşüncələrimiz də texnologiyanın hədəfinə çevrilib.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
bizimyol.info

1Источники