RU

Sabiq idarə rəisinin məhkəməsi keçirilib

Ajans.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əhməd Əhmədov ifadə verib. O bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib. Şahidin sözlərinə görə, xarici ölkələrdən birində magistr təhsili alıb: "2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri də ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq". Şahid qeyd edib ki, bir müddət sonra onu Sabunçu rayonudakı poliklinikaya dəvət ediblər və tibbi müayinələrdən keçib: "Qobuda Səfərbərlik xidmətinin müayinələridən də keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində ona verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan hərbi bilet verdilər". Daha sonra şahid qismində ifadə verən Araz Məmmədov bildirib ki, Yasamalda kafe işlədib: "Səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov kafeyə gəlirdi. Mənim də ofsiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi danışaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur. Bir müddət sonra 6 min istədi, razılaşdıq. Pulu Bəhrama mən verdim". Şahid sorğu-sual zamanı hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyini bilmədiyini deyib. Araz Məmmədovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər açkarlanıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Şahidin həmin ifadəsindən məlum olub ki, bu iş alınandan sonra ona qonaqlıq verilib: "Həmin qonaqlığa Bəhram gəlmədi. Mən, Fariz və işi düzəldilən oğlan olduq. İş həll olunandan sonra hamamda istirahət etmişik".

Növbəti proses oktyabrın 1-də davam edəcək.(teleqraf)

Избранный
41
14
Ajans.az

10Источники